Əfsanəvi “Peking to Paris Motors Challenge” avtomobil yarışı yenidən Azərbaycandan keçir

Dünyanın ən məşhur klassik avtomobil yarışlarından biri olan "Pekin-Paris" 2025 rallisinin iştirakçıları RoPax tipli "Azərbaycan" gəmi-bərəsi ilə Qazaxıstanın Kurık limanından Bakıya çatdırılıb.

Day.Az xəbər verir ki, gəmi ilə Xəzərdən keçən bu mərhələdə 100-ə yaxın nadir və unikal klassik avtomobil uğurla daşınıb.

Bu ralli ilk dəfə 1907-ci ildə təşkil olunub. 36 gün davam edən Yarış Pekində başlayıb, Parisdə başa çatır. Marafon tarixi Çin səddindən start götürür və 14 500 kilometr uzunluğundadır.