Gimnastlarımız Avropa çempionatında iştirak etdilər - FOTO
.jpg)
4-8 iyun tarixlərində Estoniyanın Tallin şəhərində bədii gimnastika üzrə Avropa çempionatı keçirilib.
Day.Az xəbər verir ki, yarışda ölkəmizi fərdi proqramda böyüklər arasında Kamilla Seyidzadə, Gövhər İbrahimova və Zəhra Cəfərova, gənclərdən ibarət qrup hərəkətləri komandasında Ayan Nəsirova, Nəzrin Salmanlı, Nəzrin Abdullayeva, Şəms Müvəffəqi və Röya Alıkişiyeva, böyüklərdən ibarət qrup hərəkətləri komandasında isə Yelizaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva, Güllü Ağalarzadə, Ləman Əlimuradova və Sofiya Məmmədova təmsil ediblər.
Gimnastlarımız ən yaxşı performanslarını nümayiş etdirməyə çalışsalar da, təəssüf ki, mükafatçılar sırasına düşə bilməyiblər. 3 top və 2 halqa ilə çıxış edən böyüklərdən ibarət qrup hərəkətləri komandamız 24.000 xalla final mərhələsinə yüksəlsə də, ilk üçlükdə yer ala bilməyib.
Gimnastlarımıza növbəti yarışlarda uğurlar arzulayırıq!
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре