Şuşanın “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” olması ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM

Şuşanın "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" olması ilə bağlı tədbirlər planı hazırlanacaq.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşaya xüsusi ehtiramın ifadəsidir və üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın daha da genişlənməsində özünəməxsus rol oynayacaqdır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Şuşa şəhərinin 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli, həmçinin bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре