https://news.day.az/azerinews/1760125.html
Bu şəxslərə diplomatik pasport veriləcək
Xarici İşlər Nazirliyi tərəfindən diplomatic passport verilən şəxslərin siyahısı genişləndirilib. Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Pasportlar haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bu şəxslərə diplomatik pasport veriləcək

Xarici İşlər Nazirliyi tərəfindən diplomatic passport verilən şəxslərin siyahısı genişləndirilib.
Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Pasportlar haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinləri də diplomatik pasport əldə edə biləcəklər.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре