Yeni sosial artımlar veteranlara da aiddir?

Yeni sosial artımlar 1,1 milyon insanı əhatə edir.

Day.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Rəşad Mustafayev brifinqdə deyib. O xatırladıb ki, vətəndaş rifahının təminatı və sosial müdafiə sisteminin gücləndirilməsi ilə bağlı prezident İlham Əliyevin fərman və sərəncamları ilə son 7 ildə 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketi icra olunub. Bu islahatlar üzrə ayrılan illik əlavə vəsait 7,6 milyard manat təşkil edir.

Rəşad Mustafayev bildirib ki, ötən gün imzalanan yeni fərmanla ümumilikdə sosial müavinət və təqaüdlər orta hesabla 20 % artırılıb.

Nazir müavini veteranların təqüdünün artırılıb-artırılmayacağı məsələsinə də toxunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.