Diplomatik korpusun nümayəndələri Ağdam dəmir yolu vağzalından Bakıya yola düşüblər - FOTO

Diplomatik korpusun nümayəndələrinin iyunun 20-də Şərqi Zəngəzur və Qarabağa Laçın Beynəlxalq Hava Limanından başlayan səfəri bu gün Ağdam dəmir yolu vağzalında başa çatıb.
İyunun 21-də Şuşa və Ağdamla tanışlıqdan sonra diplomatlar Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə gələrək, buradan sürət qatarı ilə Bakıya doğru yola çıxıblar.
xxx
16:53
Xarici diplomatlar Ağdamda həyata keçirilən tikinti-quruculuq işləri, reallaşdırılan layihələrlə, şəhərin istehsal potensialı ilə tanış olublar.
xxx
16:45
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şuşadan sonra Ağdama səfəri başlayıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, diplomatlar Ağdam şəhəri ilə tanış olacaqlar.
Qeyd edək ki, dünəndən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Laçın rayonuna səfəri başlayıb. Səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər də daxil olmaqla ümumilikdə 100-ə yaxın diplomat iştirak edir.
Səfər çərçivəsində nümayəndələr "Hoçazfilm" kinostudiyasını və "Yurd" qalereyasını ziyarət ediblər. Kinostudiyada qonaqlara filmlərdə istifadə olunan müxtəlif maketlər təqdim olunub.
"Yurd" qalereyasında isə qonaqlara Qarabağ xalçaları nümayiş olunub. Xüsusilə Laçında toxunan xalçalar böyük maraq doğurub. Qonaqlara xalçaçılıq prosesi, o cümlədən ilmələrin necə atıldığı əyani şəkildə göstərilib.
İyunun 21-də diplomatik korpusun nümayəndələri Şuşa və Ağdam şəhərlərinə yola düşəcəklər.
Xəbər yenilənəcək
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре