Azərbaycanın Sağlam Şəhərlər Təşəbbüsünə qoşulmasını istəyirik

Azərbaycanın Sağlam Şəhərlər Təşəbbüsünə qoşulmasını istəyirik.

Day.Az bildirir ki, Trend-in Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının (UST) Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı Laçında ECO Qadınlar Forumu çərçivəsində keçirilən "Şəhərsalmanın İnkişafında Qadınların rolu" adlı panel sessiyada deyib.

O qeyd edib ki, qadınlar iqlim dəyişikliklərindən daha çox əziyyət çəkir:

"Qadınların bu sahədə aktivliyinə sərmayə yatırılmalıdır. Onlar şəhərlərin idarəçiliyində təmsil olunmalıdırlar. Həmçinin qadınların səsi dinlənilməli və hörmətlə yanaşılmalıdır.

Ümid edirəm ki, Azərbaycan Sağlam Şəhərlər Təşəbbüsünə qoşulacaq. Xüsusən Qarabağda təcrübəmizi böyütməyə hazırıq. Elə şəhər qurmalıyıq ki, onlar təhlükəsiz olsun".

Tədbirin moderatoru, Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov isə Hande Harmancıya cavabında deyib ki, hazırda Ümumdünya Səhiyyə Təşkilatı ilə sözügedən istiqamətdə danışıqlar aparılır.