Keçmiş direktorun "prava" dələduzluğu - Cəza verildi

2023-cü ildə ləğv edilmiş "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazrılığı" MMC-nin Xətai Rayon Sütücülük Məkətəbinin keçmiş direktoru R.Salmanov dələduzluğa görə məhkum edilib.
Day.Az Qaynarinfo-a istinadən xəbər verir ki, Abşeron Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə mühakimə edilən R.Salmanova bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanılıdğı iki gün müddət bir günə iki gün hesabı ilə verilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
İş materiallarından aydın olur ki, R.Salmanov Tacir adlı şəxsə sürücülük vəsiqəsi düzəldəcəyini vəd edərək onun atasından 1400 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib.
Zərərçəkmiş R.Salmanovun zənglərə cavab vermədiyini aldadılıdğını anlayıb və hüquq-mühafizə orqanlarına müraciət edib. Məhkəmədə R.Salmanov verilmiş ittiham üzrə özünü təqsirli bilib. O həmçinin qeyd edib ki, dəymiş zərərin 300 manatını ödəyib.
"Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazrılığı" MMC Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре