https://news.day.az/azerinews/1765104.html
Bilgəh çimərliyində boynu sınan gənc öldü
Bakıda çimərlikdə ağır xəsarət alan gənc vəfat edib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, iyunun 14-ü Bilgəh qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini 2003-cü il təvəllüdlü Fuad Fəyyaz oğlu Musayev suya tullanarkən ehtiyatsızlıqdan xəsarət alıb.
Bilgəh çimərliyində boynu sınan gənc öldü

Bakıda çimərlikdə ağır xəsarət alan gənc vəfat edib.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, iyunun 14-ü Bilgəh qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini 2003-cü il təvəllüdlü Fuad Fəyyaz oğlu Musayev suya tullanarkən ehtiyatsızlıqdan xəsarət alıb.
Xəstəxanaya çatdırılan 22 yaşlı oğlanın boyun fəqərələrinin sındığı və sinirlərinin zədələndiyi məlum olub.
Tibbi yardıma baxmayaraq, F.Musayev iyulun 1-i xəstəxanada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре