Bu il radiasiya təhlükəsizliyi ilə bağlı neçə inzibati xəta haqqında protokol tərtib edilib? - AÇIQLAMA
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən 2025-ci ilin altı ayı ərzində radiasiya təhlükəsizliyinin təmin olunmasında yol verilmiş nöqsanlara görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci və 457-1.1.3-cü maddələri ilə 81 inzibati xəta haqqında protokol tərtib edilib.
Day.Az xəbər verir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov məlumat verib.

Qeyd edilib ki, onlardan 268.0.1-ci maddəsi ilə 76 vəzifəli şəxsə və 1 hüquqi şəxsə, 457-1.1.3-cü maddəsi ilə isə 4 vəzifəli şəxsə qarşı inzibati xəta haqqında protokollar tərtib edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре