Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Azərbaycana səfərə gəlib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.