Ötən ay Şəmkirdə su anbarında batan Aliyənin meyiti tapıldı

Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.
Day.Az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batan 2005-ci il təvəllüdlü Aliyə Həsənovanın meyiti sudan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə iyunun 13-də Şəmkir rayonunun Mehrili kəndi ərazisində yerləşən Şəmkirçay su anbarında baş verib. Rayonun Seyfəli kənd sakinləri-2004-cü il təvəllüdlü Ümid İbrahimov, 2005-ci il təvəllüdlü Aliyə Həsənova və Fazil Həsənov həmin ərazidə istirahət edən zaman A.Həsənova suda batıb. Ümid İbrahimov onu xilas etmək məqsədilə suya atılıb. Hər iki şəxs suda boğulub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре