Rusiyada “An-2” təyyarəsinin sərt enişi nəticəsində 10 nəfər xəsarət alıb

Rusiya Federasiyasının Zabaykal diyarının Çita bölgəsində "An-2" tipli yüngül təyyarə sərt eniş edib.

Day.Az xəbər verir ki, hadisə nəticəsində 10 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Xəsarət alanlar Diyarın Klinik Xəstəxanasına çatdırılıb. Digər 8 nəfərin vəziyyəti isə orta ağırdır.