Rusiya ordusunun Kiyevə hücumu zamanı kamikadze dron Azərbaycan səfirliyinin yaxınlığına düşüb

Rusiya ordusunun ötən gecə Kiyevə kütləvi hava hücumu zamanı kamikadze dronlardan biri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşüb.

Day.Az APA-ya instinadən xəbər verir ki, nəticədə Azərbaycanın Ukraynadakı səfirliyinin yanında partlayış baş verib.