Səyyahların Laçına səfəri başa çatıb - FOTO - YENİLƏNİB

Dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir. Səyyahların bu gün Laçın şəhərinə səfəri başa çatıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, Laçına səfər edən səyyahlar əvvəlcə "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonu ilə tanış olublar. MTP üzvlərinin Laçınla tanışlığı davam edir.
On beş ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili rəhbərlik edir. Beynəlxalq səyyahların səfəri işğaldan azad edilmiş ərazilərin "dark tourism" çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır.
Səyyahlar Laçın şəhərində yerləşən "Gilabi Ceramics" mərkəzini ziyarət ediblər. Səyyahlar burada yerli sakinlər tərəfindən hazırlanan, gildən əl işləri ilə tanış olublar.
xxx
16:35
Səyyahların Laçına səfəri başlayıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, səyyahlarilk olaraq "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilionu ilə tanış olublar.
Burada onlara məlumat verilib. Studiyalar ilə tanış olublar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре