https://news.day.az/azerinews/1767265.html
Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatıb - FOTO
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 12-də başa çatıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatıb - FOTO

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 12-də başa çatıb.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре