Türkiyə Azərbaycan ilə Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyir

Türkiyə Azərbaycan və Ermənistan arasında Əbu-Dabidə keçirilən sülh danışıqlarını diqqətlə izləyir.

Day.Az Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyanla telefon danışığı zamanı deyib.

Ərdoğan bildirib ki, Türkiyə Qafqazda sülhün təmin edilməsi üçün səyləri dəstəkləməyə davam edəcək.

Telefon danışığı zamanı, həmçinin Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlığın bütün sahələrdə müsbət təsirlərinin göründüyünü, müdafiə sənayesi və yeni texnologiyalar başda olmaqla, iki ölkə arasında bir çox sahədə böyük potensialın mövcud olduğunu bildirilib.