Türkiyədə FETÖ ilə əlaqəli 350-dən çox şübhəli saxlanılıb

Türkiyədə güc strukturları FETÖ terrorçu təşkilatı ilə əlaqələrdə şübhəli bilinən 371 nəfəri saxlayıb.

Day.Az bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

 

Məlumata görə, İzmir şəhər prokurorluğunun nəzarəti altında 60 vilayətdə irimiqyaslı əməliyyat keçirilib.

Əməliyyat çərçivəsində Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Təhlükəsizlik İdarəsinin əməkdaşları doqquz vilayətdə FETÖ-nün nəzarətində olan maliyyə strukturları ilə təmaslarda şübhəli bilinən 26 nəfər saxlanılıb.