Qorxu ilə çıxdığım yurda sevinclə qayıdıram - Abbasova Rəna

Qorxu hissi ilə tərk etdiyim Ağdama sevinclə qayıdıram.
Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ağdam sakini Abbasova Rəna deyib.
Onun sözlərinə görə, doğma yurda qayıtdığı üçün sevincinin həddi-hüdudu yoxdur.
"Ana vətənə, doğma yurda gedirik. Hamıya qismət olmasını diləyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin", - deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре