https://news.day.az/azerinews/1768245.html
İlk 6 ayda müavinətlər və Prezident təqaüdləri üzrə ödənilən məbləğ açıqlandı
Birinci yarımildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 492 min nəfərə sosial müavinət, 403 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. Day.Az xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb. Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 554 mln.
İlk 6 ayda müavinətlər və Prezident təqaüdləri üzrə ödənilən məbləğ açıqlandı
Birinci yarımildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 492 min nəfərə sosial müavinət, 403 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Day.Az xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 554 mln. manat, Prezident təqaüdləri üzrə 348 mln. manat ödənilib.
"Cari ilin 6 ayında 79 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 801 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib",- deyə əlavə edilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре