Məşhur serial yayımdan qaldırıldı

İki həftədir yayımdan qaldırılan "Çift kişilik oda" serialının yeni bölümü gələn həftə də izləyicilərə təqdim olunmayacaq.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, "NOW" kanalının növbəti həftə üçün planlaşdırılan proqram siyahısında ekran işinin adı yer almayıb.

Qeyd edək ki, ötən günlərdə aşağı reklam gəliri səbəbindən yayımdan qaldırılan serial 8-ci bölümdə final edəcək. Layihənin baş rollarını Ulaş Tuna Astepe ilə Devrim Özkan paylaşır.