İranda sərnişin avtobusu aşıb

Bu gün İranın cənubunda yerləşən Fars vilayətində sərnişin avtobusu aşıb.

Day.Az-ın məlumatına görə, bunu İranın Fars vilayəti təcili yardım idarəsinin müdiri Məsud Abid yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, sərnişin avtobusunun aşması nəticəsində 15 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

 

Abid qeyd edib ki, hadisə yerinə 11 təcili yardım maşını və 2 avtobus ezam olunub.

Hadisənin səbəbi araşdırılır.