https://news.day.az/azerinews/1769903.html
Ağdamda növbəti güclü yanğın: helikopter cəlb olunub
Ağdamda baş verən güclü yanğın hadisəsinə əlavə kömək cəlb edilib Day.Az xəbər verir ki, Trend-in Qarabağ bürosunun xəbərinə görə, rayonun Gülablı kəndində baş verən yanğın genişlənərək ətraf ərazilərə yayılıb.
Ağdamda növbəti güclü yanğın: helikopter cəlb olunub

Ağdamda baş verən güclü yanğın hadisəsinə əlavə kömək cəlb edilib
Day.Az xəbər verir ki, Trend-in Qarabağ bürosunun xəbərinə görə, rayonun Gülablı kəndində baş verən yanğın genişlənərək ətraf ərazilərə yayılıb.
Bu səbəbdən də əraziyə kömək üçün FHN-nin Ağcabədi, Yevlax şəhərlərindən əlavə yanğınsöndürən maşınları və işçi qüvvələri cəlb edilib.
Hazırda Yevlax rayon yanğınsöndürən briqadası yanğın baş verən əraziyə çatıb.
Digər Ağcabədi rayon yanğınsöndürən əməkdaşları hadisə yerinə çıxış edib. Hazırda ərazidə 1 helikopter, 4 yanğınsöndürən avtomobili və işçi qüvvələri yanğınsöndürmə əməliyyatını davam etdirir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре