https://news.day.az/azerinews/1770214.html
Sumqayıtlı müəllim Türkiyədə qəfil vəfat etdi - FOTO
Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Əliyeva Gülnarə Nizami qızı Türkiyədə vəfat edib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, G.Əliyeva turist kimi səfərə getdiyi ölkədə elə həmin gün qəfil dünyasını dəyişib.
Sumqayıtlı müəllim Türkiyədə qəfil vəfat etdi - FOTO

Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Əliyeva Gülnarə Nizami qızı Türkiyədə vəfat edib.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, G.Əliyeva turist kimi səfərə getdiyi ölkədə elə həmin gün qəfil dünyasını dəyişib.
Onun dəqiq hansı səbəbdən həyatını itirməsi məlum olmasa da, müəllimin vəziyyətinin pisləşdiyi və çatdırıldığı xəstəxanada öldüyü bildirilir.
Məlumata görə, G.Əliyeva bir neçə il əvvəl oğlunu itiribmiş.
Son bir ildir adıçəkilən məktəbdə çalışan pedaqoq daha əvvəl uzun müddət Texniki Təbiət Elmləri Liseyində ibtidai sinif müəllimi və direktor müavini kimi fəaliyyət göstərib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре