NASA minlərlə əməkdaşını ixtisar edəcək

NASA təxirə salınmış işdən azadetmə proqramı çərçivəsində bir neçə min əməkdaşını ixtisar etməyə hazırlaşır.

Day.Az "Bloomberg" agentliyinə istinadən verdiyi məlumata görə, bu təşəbbüs Ağ Evin federal məmurların sayının azaldılması üzrə proqramı çərçivəsində həyata keçirilir.

NASA-nın yaydığı məlumata əsasən, işdən çıxarılacaq əməkdaşların ümumi sayı 3 870 nəfərə çata bilər.

Qeyd edək ki, 2025-ci ildə NASA əməkdaşlarına hökumətin təxirə salınmış işdən azad etmə proqramında iştirak etmək üçün iki mərhələli imkan təqdim olunub.

Hər iki mərhələnin yekunlarına görə, NASA-nın mülki işçilərinin ümumi sayının təxminən 14 minə qədər azalacağı proqnozlaşdırılır.