Rusiyada 3-cü sunami dalğası - Liman su altında qaldı - VİDEO

Kuril adalarında güclü zəlzələdən sonra baş vermiş üçüncü sunami dalğası şəhər limanını və balıq emalı üzrə müəssisəni su altında qoyub.
Day.Az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
İlkin məlumata görə, zəlzələ və üç sunami dalğası nəticəsində zərərçəkən olmayıb və hər hansı dağıntı qeydə alınmayıb. Şimal-Kuril rayonunda yeraltı təkanlar və sunamilərdən sonra fövqəladə vəziyyət elan olunub. Ümumilikdə bölgədə 3 minə yaxın insanın təhlükəsiz ərazilərə təxliyə olunduğu bildirilir.
Qeyd edək ki, 3 sunami dalğasına yol açmış 8,7 bal gücündə zəlzələ iyulun 30-da Kamçatkada baş verib. Rusiya Elmlər Akademiyasına görə bu regionda ötən əsrin yarısından bəri qeydə alınmış ən güclü yeraltı təkanlar olub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре