https://news.day.az/azerinews/1771726.html
Pirşağıda dənizdə batan şəxsin meyiti sudan çıxarılıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub. Day.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hadisə nəzarətsiz ərazidə - ən yaxın xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda baş verib.
Pirşağıda dənizdə batan şəxsin meyiti sudan çıxarılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.
Day.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hadisə nəzarətsiz ərazidə - ən yaxın xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda baş verib.
Məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub və axtarış-xilasetmə tədbirlərinə başlayıblar.
Görülən tədbirlər nəticəsində batmış şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре