https://news.day.az/azerinews/1772515.html
Şəmkirdəki qəza ilə bağlı cinayət işi başlanılıb
Avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Day.Az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Şəmkirdəki qəza ilə bağlı cinayət işi başlanılıb
Avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Day.Az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Bilduirilib ki, hadisə "Mercedes Sprinter" markalı mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində baş verib.
Fakt üzrə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Hadisənin hansı səbəbdən baş verməsi müvafiq araşdırmalardan sonra müəyyən ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре