Ölkədə mehmanxanaların sayı və gəlirləri artıb
Ötən il Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin sayı 859 vahid təşkil edib.
Bu barədə Day.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 50 vahid və ya 6,2% artım deməkdir.
Eyni zamanda ötən il mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin əldə etdiyini gəlirlər isə 694,2 milyon manata bərabər olub.
Bu isə 2023-cü ildəki göstəriciyə nisbətən 205,3 milyon manat və ya 42% artım deməkdir.
Hesabat dövründə əldə olunmuş gəlirlərdən büdcəyə 38,4 milyon manat vergi ödənişi həyata keçirilib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 5,2 milyon manat və yaxud 17,6% çoxdur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре