Abşeronda boya istehsalı zavodundakı yanğınla bağlı AÇIQLAMA - VİDEO

Havanın güclü küləkli olmasına və yanğının mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin yüksək peşəkarlığı və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodundakı yanğın daha da genişlənərək digər obyektlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb.
Day.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodundakı yanğınla mübarizə tədbirləri davam etdirilir.
Day.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, yanğının söndürülməsi üçün ərazidə kifayət qədər texnika və canlı qüvvə fəaliyyət göstərir. Havanın güclü küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.
Əlavə məlumat veriləcək.
XXX
12:15
Xəbər verildiyi kimi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Day.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
11:07
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Day.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре