https://news.day.az/azerinews/1775789.html
Ağdamda əkin sahəsində yanğın törədən şəxs saxlanılıb
Avqust ayının 23-də Ağdam rayonunun Əfətli kəndinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, araşdırmalarla yanğını 64 yaşlı Nuşrəvan Əliyevin törətdiyi məlum olub.
Ağdamda əkin sahəsində yanğın törədən şəxs saxlanılıb

Avqust ayının 23-də Ağdam rayonunun Əfətli kəndinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, araşdırmalarla yanğını 64 yaşlı Nuşrəvan Əliyevin törətdiyi məlum olub. Hadisə nəticəsində 1 hektar ərazidə ərazidə quru ot və kol-kos yanıb.
Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре