https://news.day.az/azerinews/1778075.html "Neftçi"dən ayrılan müdafiəçi "Sumqayıt"da 2025/26 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb. Day.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.   "Kimyaçılar" ötən mövsümü "Neftçi"də çıxış etmiş Höccət Haqverdi ilə 2 illik müqavilə imzalayıb.

"Neftçi"dən ayrılan müdafiəçi "Sumqayıt"da

Azərbaycanca, 3 сентября 2025 20:47 (UTC +04:00) 407
"Neftçi"dən ayrılan müdafiəçi "Sumqayıt"da

2025/26 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

Day.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

"Kimyaçılar" ötən mövsümü "Neftçi"də çıxış etmiş Höccət Haqverdi ilə 2 illik müqavilə imzalayıb. Təcrübəli müdafiəçi komandamızda "3" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 2020/21 mövsümündə "Sumqayıt"la bürünc medal qazanan Höccət Haqverdi 1,5 mövsüm klubun şərəfini qoruyub. "Kimyaçılar"ın heyətində bütün turnirlər daxil olmaqla ümumilikdə 49 matça çıxan mərkəz müdafiəçisi 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости