https://news.day.az/azerinews/1779934.html Culfada ağır qəza - Dörd nəfər həlak oldu Sentyabrın 12-də saat 05 radələrində Culfa rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini Qüdrət Quliyevin idarə etdiyi "BMW" markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişini hadisə yerində vəfat ediblər.

Culfada ağır qəza - Dörd nəfər həlak oldu

Azərbaycanca, 12 сентября 2025 10:18 (UTC +04:00) 525
Culfada ağır qəza

Sentyabrın 12-də saat 05 radələrində Culfa rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini Qüdrət Quliyevin idarə etdiyi "BMW" markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişini hadisə yerində vəfat ediblər.

Qeyd edək ki, qəzada həyatı itirənlərin dördü də polis əməkdaşı olub.

Hadisə yağıntılı hava şəraitinə görə yolda avtomobilin sürüşməsindən baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости