“Qalatasaray” rəhbərlərinə deyin, Qurbanovu çağırsınlar, gəlib dərs desin" - Türk şərhçi - VİDEO

Türkiyəli futbol şərhçisi Ertem Şener "Qarabağ"ın Çempionlar Liqasında "Benfika"ya qalib gəlməsindən danışıb.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, o, bu haqda öz sosial şəbəkə hesablarında paylaşım edib.
Ertem Şener "Qarabağ"ı Türkiyə klublarına nümunə olaraq göstərib:
"Qarabağ"ın qanında məğlub olmamaq var. Canım "Qarabağ"ım, kimə uduzdunuz ki, "Benfika"ya da uduzasınız? Avropanın bir ucundan "Qarabağ" olan yerə qədər baxın. Çox böyüksən, "Qarabağ"! 0:2-dən 3:2-yə! "Qarabağ" tarix yazdı. "Fənərbağça", "Qalatasaray" rəhbərlərinə deyin, Qurban Qurbanovu çağırsınlar, gəlib akademiya məşqçilərinə dərs desin. "Qarabağ" rəhbərliyindən transferi necə etdiklərini soruşun. İnsanlar 200 min avroya Kamilo Duranı alır, o da Çempionlar Liqasında qol vurur. Sizsə 21 milyon avroya Con Duranı gətirirsiz, o da əsa ilə gəzir. "Portimonense"dən "Qarabağ"a keçən kolumbiyalı Duran isə kluba tarix yaşadır..."
Qeyd edək ki, ötən gün baş tutan qarşılaşmada "Qarabağ" Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə məğlub edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре