Avropa İttifaqının (Aİ) genişlənmə siyasəti üzrə komissarı Marta Kos Ağdam şəhərinə səfər edib

Avropa İttifaqının (Aİ) genişlənmə siyasəti üzrə komissarı Marta Kos Ağdam şəhərinə səfər edib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonağa Ağdam, Füzuli və Xocavənd rayonlarında həyata keçirilən tikinti-quruculuq işləri, reallaşdırılan layihələrlə haqqında məlumat verib.
Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos sonra Ağdamın Sarıcalı kəndi ərazisində aparılan minatəmizləmə fəaliyyəti ilə tanış olub. Ona Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilib.
Bildirilib ki, 2020-ci ilin noyabr ayından 2025-ci ilin sentyabrın 17-dək Qarabağda və Şərqi Zəngəzurda aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 227 min 713,3 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib. 38 min 600 ədəd piyadaəleyhinə mina, 22 min 192 ədəd tank əleyhinə mina və 148 min 376 ədəd partlamamış hərbi sursat (PHS) olmaqla, ümumilikdə 209 min 168 ədəd mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib. Təmizləmə əməliyyatları əllə minaaxtarma, xüsusi təyinatlı mexaniki maşınların, minaaxtaran itlərin dəstəyi ilə icra edilir.
Avropa İttifaqının genişlənmə siyasəti üzrə komissarı sonra ərazidən tapılan minaların partlayış yolu ilə zərərsizləşdirilməsini izləyib.
17:27
xxx
Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosun Ağdam şəhərinə səfəri başlayıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, qonağı Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.
Ona şəhər haqqında ümumi məlumat verib.
M.Kos səfər çərçivəsində rayon ərazisində mina təmizləmə fəaliyyəti ilə tanış olacağı planlaşdırılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре