Azərbaycanı xarici-iqtisadi mövqeyi neft-qaz qiymətlərindəki dəyişikliklərə baxmayaraq sabit qalıb - AİB
Azərbaycanı xarici iqtisadi mövqeyi, karbohidrogen qiymətlərindəki dəyişkənliklərə baxmayaraq, sabit qalıb.
Day.Az bu barədə Asiya İnkişaf Bankına (AİB) istinadən xəbər verir.
"Maliyyə gəlirlərinin yüksək olması büdcə profisitini qorumağa imkan verib. 2025-ci ilin birinci yarısında gəlirlər 2024-cü ildəki ÜDM-in 31,4 faizindən 31,9 faizə yüksəlib, bu isə vergi yığımının artması və Dövlət Neft Fondunun köçürmələrinin çoxalması ilə bağlıdır. Xərclər isə 2024-cü ildə ÜDM-in 26,8 faizindən 2025-ci ildə 27,5 faizə yüksəlib, o cümlədən əsaslı xərclər 11,1 faiz, cari xərclər isə 7,5 faiz artıb. 2025-ci ilin ilk altı ayında büdcə profisiti ÜDM-in 4,4 faizini təşkil edib", - deyə hesabatda bildirilir.
AİB-in məlumatına görə, ölkənin xarici iqtisadi mövqeyi, neft və qaz qiymətlərindəki qeyri-sabitliyə baxmayaraq, güclü olaraq qalır. 2025-ci ilin birinci rübündə cari hesab 1,1 milyard dollar profisitlə bağlanıb ki, bu da ÜDM-in 6,5 faizi deməkdir.
"Əmtəə ticarətinin həcmi 10 milyard dollar təşkil edib, bunun 6,2 milyard dolları ixrac, 3,8 milyard dolları isə idxaldır. Neft-qaz sektorundakı profisit digər məhsullar üzrə kəsiri kompensasiya edərək ümumi 2,5 milyard dollarlıq ticarət profisitini təmin edib. Qeyri-neft məhsullarının ixracı 11,8 faiz, idxal isə 8,2 faiz artıb. Bununla yanaşı, pul köçürmələri 22 faiz azalıb. Xidmətlər balansı isə kəsirli qalıb: ixrac 19,9 faiz artsa da, idxal 24,1 faiz yüksəlib",- deyə hesabatda qeyd olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре