https://news.day.az/azerinews/1785011.html Biləsuvar GES-in tam şəbəkəyə qoşulacağı tarix açıqlandı Biləsuvar Günəş Elektrik Stansiyası (GES) Azərbaycanın elektrik enerjisinə olan tələbatının 4-5%-ni təmin edəcək.

Biləsuvar GES-in tam şəbəkəyə qoşulacağı tarix açıqlandı

Azərbaycanca, 2 октября 2025 14:14 (UTC +04:00) 319
Biləsuvar GES-in tam şəbəkəyə qoşulacağı tarix açıqlandı

Biləsuvar Günəş Elektrik Stansiyası (GES) Azərbaycanın elektrik enerjisinə olan tələbatının 4-5%-ni təmin edəcək.

Day.Az xəbər verir ki, Trend-in Biləsuvar rayonuna ezam olunmuş əməkdaşı xəbər verir, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Biləsuvar Günəş Eektrik Stansiyasında (GES) birinci panelin quraşdırılması mərasimində bildirib.

Onun sözlərinə görə, Biləsuvar GES-də gələn ilin birinci yarısından etibarən ilkin enerji verilişlərinə başlanılacaq: "Gələn ilin sonunda isə stansiyada istehsal edilən enerji şəbəkəyə tam şəkildə qoşulacaq. Bu günəş elektrik stansiyası Azərbaycanın elektrik enerjisinə olan tələbatının 4-5%-ni təmin edəcək".

O bildirib ki, bu GES Biləsuvar rayonunun da həm iqtisadi, həm də sosial sahəsinə müsbət təsir göstərəcək. Həmçinin vurğulayıb ki, bu regionun və rayonun məşğulluqla təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcək.

"Biləsuvarda günəşdən istehsal olunan elektrik enerjisi Azərbaycanın müəyyən həcmdə qaz resurslarından səmərəli istifadəsinə xidmət edəcək", - deyə agentlik rəhbəri əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости