https://news.day.az/azerinews/1785607.html
Rusiyanın futbol üzrə yığması III MDB Oyunlarının qalibi oldu
Bu gün Qəbələ şəhər stadionunda III MDB Oyunları çərçivəsində futbol yarışları başa çatdı. Day.Az xəbər verir ki, final oyununda Azərbaycan (U-16) və Rusiya (U-16) yığmaları qarşılaşdı. Gərgin mübarizə şəraitində keçən oyun Rusiya yığmasının 3:2 hesablı qələbəsi ilə yekunlaşdı.
Rusiyanın futbol üzrə yığması III MDB Oyunlarının qalibi oldu

Bu gün Qəbələ şəhər stadionunda III MDB Oyunları çərçivəsində futbol yarışları başa çatdı.
Day.Az xəbər verir ki, final oyununda Azərbaycan (U-16) və Rusiya (U-16) yığmaları qarşılaşdı.
Gərgin mübarizə şəraitində keçən oyun Rusiya yığmasının 3:2 hesablı qələbəsi ilə yekunlaşdı. Rusiya millisinin heyətində Klim Denisov, İvan Kuzmin və Ratmir Lukyanov fərqləndilər. Azərbaycan millisinin heyətində isə Əli Bəşirov dublla yadda qaldı.
Beləliklə, Rusiya yığması III MDB Oyunlarında futbol turnirin qalibi oldu. Azərbaycan yığması gümüş, Özbəkistan komandası isə bürünc medallara sahib çıxdı.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре