Saxlanıldığı iddia edilən müğənni haradadır? - Vəkili açıqladı
Xəbər verdiyimiz kimi, bu səhər Türkiyənin məşhur adları olan İrem Derici, Mert Yazıcıoğlu, Simge Sağın, Meriç Aral və Ziynet Sali də daxil olmaqla 19 nəfər saxlanılıb.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı ilk açıqlama Simge Sağının meneceri Özgür Arasdan gəlib.
Aras iddiaları təkzib edərək bildirib ki, Simge Sağın hazırda ABŞ-dadır:
"Simge bir həftədir həm tətildə, həm də klip çəkilişlərində ABŞ-dədir. Hələlik heç bir problemlə bağlı bizə məlumat verilməyib. Vəkilimiz məsələni təqib edir" .
Hazırda mövzu ilə bağlı digər məşhurların menecerləri və vəkilləri də açıqlama verməyə başlayıb. Lakin hadisənin təfərrüatları hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре