BMT-də insanlığa qarşı cinayətlər mövzusunda Azərbaycanın bəyanatı təqdim olunub
BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində "İnsanlıq əleyhinə cinayətlər" mövzusunda keçirilən komitə iclasında Azərbaycanın bəyanatı səsləndirilib.
Day.Az-ın məlumatına görə, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Tale Əliyev təqdim edib.
Birinci katib çıxışında Azərbaycanın Cinayət Məcəlləsinə insanlıq əleyhinə cinayətləri və müharibə cinayətlərini əhatə edən güclü müddəalar daxil olduğunu bildirən birinci katib bunun ölkəmizin konvensional beynəlxalq hüquq üzrə öhdəliklərini yerinə yetirmək öhdəliyini nümayiş etdirdiyini bildirib.
"Azərbaycan bütün ağır cinayətlərə qarşı cəzasızlıqla mübarizəyə çox böyük əhəmiyyət verir və ədaləti təmin etmək və təkrarlanmanın qarşısını almaq üçün güclü və effektiv beynəlxalq hüquqi mexanizmlərin zəruriliyini dərin və ağrılı şəkildə anlayır", - deyə birinci katib qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре