Xırdalanda parkda bıçaqlanma

Cinayəti törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Fərid Rəşad oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

***

Gecə saatlarında Abşeron rayonunda qətl hadisəsi törədilib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, saat 03 radələrində Xırdalan şəhəri ərazisindəki parkda gənc oğlan bıçaqlanıb.

Xəstəxanaya çatdırılan şəxsin öldüyü məlum olub.

İlkin araşdırmalarla qətlə yetirilən şəxsin 2006-cı il təvəllüdlü Tovuz rayon sakini Elmir Şakir oğlu Axundov olması müəyyən edilib.

Hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma başlanıb.