https://news.day.az/azerinews/1788360.html
Bu il tibbi xidmət göstərilən xarici vətəndaşların sayı AÇIQLANDI
2025-ci ilin yanvar-sentyabr ayları ərzində isə artıq 42 451 xarici vətəndaşa tibbi xidmət göstərilib. Day.Az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova paylaşım edib.
Bu il tibbi xidmət göstərilən xarici vətəndaşların sayı AÇIQLANDI
2025-ci ilin yanvar-sentyabr ayları ərzində isə artıq 42 451 xarici vətəndaşa tibbi xidmət göstərilib.
Day.Az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova paylaşım edib.
O bildirib ki, 2023-cü ildə Azərbaycanda ümumilikdə 59 011 xarici vətəndaş müxtəlif tibbi xidmətlərdən yararlanıb. 2024-cü ildə bu göstərici 57 077 nəfər təşkil edib.
"İlin sonuna qədər bu rəqəmin əvvəlki illərlə müqayisə edilə biləcək səviyyədə olacağı gözlənilir.
Ən çox tibbi xidmət alan vətəndaşlar Rusiya Federasiyası, Gürcüstan, Türkiyə, İran və Özbəkistan kimi ölkələrdən olub",- deyə paylaşımda qeyd edilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре