Hikmət Hacıyev Bundestaqın nümayəndələri ilə Azərbaycanın sülhün möhkəmləndirilməsində rolunu müzakirə edib - FOTO
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniya Parlament Cəmiyyətində hökumətin, Bundestaqın, beyin mərkəzlərinin, aparıcı KİV-lərin nümayəndələri ilə görüş keçirib.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Bu gün Almaniya Parlament Cəmiyyətində hökumətin, Bundestaqın, beyin mərkəzlərinin, aparıcı KİV-lərin nüfuzlu nümayəndələri ilə müzakirələr keçirilib. Biz dəyişən regional və qlobal dinamika şəraitində Azərbaycanın sülhün, sabitliyin və əlaqələrin möhkəmləndirilməsində əsas rolunu müzakirə etdik", - paylaşımda bildirilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре