https://news.day.az/azerinews/1788581.html "Yabancı damat"ın məşhur aktyoru ÖLDÜ - FOTO Türkiyənin məşhur "Yabancı damat" serialında "Memik dede" obrazı ilə tamaşaçıların yaddaşına həkk olunan aktyor Arif Erkin Güzelbeyoğlu vəfat edib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə aktyorun oğlu Mehmet Güzelbeyoğlu məlumat verib.

"Yabancı damat"ın məşhur aktyoru ÖLDÜ - FOTO

Azərbaycanca, 16 октября 2025 14:56 (UTC +04:00) 401
"Yabancı damat"ın məşhur aktyoru

Türkiyənin məşhur "Yabancı damat" serialında "Memik dede" obrazı ilə tamaşaçıların yaddaşına həkk olunan aktyor Arif Erkin Güzelbeyoğlu vəfat edib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə aktyorun oğlu Mehmet Güzelbeyoğlu məlumat verib.

Türk kino və teatrının tanınmış simalarından olan sənətkar 90 yaşında dünyasını tərk edib.

1935-ci il 11 sentyabrda Qaziantepdə doğulan Arif Erkin Güzelbeyoğlu sənət həyatında memarlıq, musiqi və aktyorluğu özündə birləşdirib. O, İstanbul Radiosunda solist və xor ifaçısı kimi çıxış edib, bir çox teatr tamaşalarına musiqi bəstələyib.

Sənətkar "İkinci bahar" serialındakı "Zülfikar ağa" və "Yabancı damat"dakı "Memik dede" rolları ilə geniş tamaşaçı kütləsinin sevgisini qazanıb.

  • "Yabancı damat"ın məşhur aktyoru
  • "Yabancı damat"ın məşhur aktyoru
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости