Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasının rəisi həbs olundu

19:29

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasının rəisi mayor İlham Haqverdiyev barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.

Day.Az xəbər verir ki, İlham Haqverdiyev barədə təqdimata bu gün Bakı Hərbi Məhkəməsində baxılıb.

Məhkəmə istintaq orqanın təqdimatını təmin edərək, mayor İlham Haqverdiyev barəsində 2 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

18:11

Mərkəzi Hərbi Sanatoriyanın rəisi İlham Haqverdiyev Hərbi Prokurorluq tərəfindən saxlanılıb.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilir ki, istinadən xəbər verir ki, mayor Haqverdiyev korrupsiyada ittiham olunur.

"Onun barəsində Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda təqdimata məhkəmədə baxılır", - məlumatda qeyd olunub.