https://news.day.az/azerinews/1788758.html Nisə Qasımova buna görə xəstəliyini gizlətmək istəyib Xalq artisti Nisə Qasımova "Xəzər axşamı" verilişində qonaq olub. Day.Az qaynarinfo-ya istinadən xəbər verir ki, iki il əvvəl insult keçirən sənətçi xəstəliyini insanların bilməsini istəmədiyini etiraf edib: "Bütün media işçilərinə ilk növbədə təşəkkürümü bildirirəm. Onlardan xahiş etmişdim ki, xəstəliyimdən heç nə yazmasınlar.

Nisə Qasımova buna görə xəstəliyini gizlətmək istəyib

Azərbaycanca, 17 октября 2025 10:51 (UTC +04:00) 424
Nisə Qasımova buna görə xəstəliyini gizlətmək istəyib

Xalq artisti Nisə Qasımova "Xəzər axşamı" verilişində qonaq olub.

Day.Az qaynarinfo-ya istinadən xəbər verir ki, iki il əvvəl insult keçirən sənətçi xəstəliyini insanların bilməsini istəmədiyini etiraf edib:

"Bütün media işçilərinə ilk növbədə təşəkkürümü bildirirəm. Onlardan xahiş etmişdim ki, xəstəliyimdən heç nə yazmasınlar. Loqopedimin yanına da gedəndə deyirdim ki, tək olum, heç kim məni görməsin. Bu, mənim mənəvi dayanıqlığım idi ki, xəstəliyimi heç kim bilməsin. Çox müğənni yanıma gəlmək istəyirdi, amma "yox" deyirdim, mən istəmirdim. Çünki elə insanlar var ki, onların məndən də ağır dərdləri var. Məndən də ağır xəstələr var ki, yataqdadırlar. Durub zarımaq mənlik deyil. Qoy insanlar məni həmişəki görsünlər".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости