https://news.day.az/azerinews/1789136.html Antarktida sahillərində onlarla yeni metan qaynağı aşkarlanıb Alimlər Antarktida sahillərində onlarla yeni sualtı qaz mənbəyini qeydə alıblar. Day.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bu hadisə əvvəllər son dərəcə nadir müşahidə olunan təbiət hadisəsi hesab edilirdi.

Antarktida sahillərində onlarla yeni metan qaynağı aşkarlanıb

Azərbaycanca, 18 октября 2025 18:01 (UTC +04:00) 356
Antarktida sahillərində onlarla yeni metan qaynağı aşkarlanıb

Alimlər Antarktida sahillərində onlarla yeni sualtı qaz mənbəyini qeydə alıblar.

Day.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bu hadisə əvvəllər son dərəcə nadir müşahidə olunan təbiət hadisəsi hesab edilirdi.

Məlumata görə, Ross dənizinin sahilyanı zonasının dibindən metan qabarcıqları və digər flüidlər (mayelər və qaz qarışıqları) səthə çıxır. Bu qabarcıqlar qısa müddətdə atmosferə daxil ola bilər. Bəzi ərazilərdə dəniz orqanizmlərinin yaşaya bilmədiyi "ölü zonalar" müəyyən edilib, bu isə qaz emissiyasının artıq yerli ekosistemə təsir göstərdiyini göstərir.

Alimlər xəbərdarlıq edirlər ki, əgər bu proses geniş miqyas alsa, təhlükəli "əks effekt" mexanizmini işə sala bilər, yəni buzlaqların əriməsi metan emissiyasını sürətləndirər, metan isə öz növbəsində qlobal istiləşməni daha da gücləndirər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости