Onlara 1300 manat veriləcək

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Azərbaycanda bir sıra ali təhsil müəssisəsində çalışan bir qrup müəllimə pul verəcək.

Day.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, agentlik ümumilikdə 36 ali məktəb müəllimi ilə müqavilə bağlayıb.

Müqavilələrə əsasən, ali təhsil müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş həmin müəllimlərə 1 175-1 300 manat məbləğində pul veriləcək.

Pedoqoji heyətin arasında adi müəllimlərlə yanaşı, prorektorlar və müxtəlif vəzifə tutan şəxslər də vardır.