https://news.day.az/azerinews/1789609.html Bu marşrutdan istifadə edənlər təngə gəlib - "Bizimlə kobud davranırlar" Masazırdan şəhər istiqamətinə fəaliyyət göstərən 525 nömrəli avtobusun gec gəlməsi sakinləri narahat edir. Sərnişinlər tək avtobuslardan yox, sürücülərdən də şikayətcildirlər. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, onlar yeni avtobuslarla yanaşı köhnə avtobuslardan da istifadə edirlər:

Bu marşrutdan istifadə edənlər təngə gəlib - "Bizimlə kobud davranırlar"

Azərbaycanca, 21 октября 2025 10:01 (UTC +04:00) 337
Bu marşrutdan istifadə edənlər təngə gəlib

Masazırdan şəhər istiqamətinə fəaliyyət göstərən 525 nömrəli avtobusun gec gəlməsi sakinləri narahat edir. Sərnişinlər tək avtobuslardan yox, sürücülərdən də şikayətcildirlər. 

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, onlar yeni avtobuslarla yanaşı köhnə avtobuslardan da istifadə edirlər:

"Avtobuslar çox gec gəlir. Gözümüz yollarda qalır. Gələndə isə çox sıxlıq olur".

Sərnişinlər həmçinin iddia edirlər ki, sürücülər onlarla pis rəftar edirlər:

"Davranışları çox kobuddur. Bəzən elə olur ki, sükan arxasında siqaret çəkirlər". 

Sürücülər isə deyilənlərlə razılaşmırlar. Sürücülər də sərnişinlərdən şikayətcildirlər:

"Kamera önündə siqaret çəkmək nədir? Yalan ifadədədir. Bizimlə əksinə kobud davranırlar. Bildiririk avtobusda ön qapı önündə durmayın, amma onlar bizə qulaq asmırlar". 

Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, 525 nömrəli marşrut xəttində 22 avtobus 6-7 dəqiqə intervalı ilə sərnişinlərə xidmət edirlər. Marşrutun keçdiyi küçə və prospektlərdə günün pik saatlarında tıxac olur. 2025-ci ildə 525 nömrəli avtobuslar yenilənib, digərlərinin də yenilənməsi nəzərdə tutulub. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости