Prezident İlham Əliyev Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə paylaşım edib

Prezident İlham Əliyev Türkiyə Respublikasının milli bayramı - Respublika Günü münasibətilə rəsmi "İnstagram" səhiəsində paylaşım edib.

Day.Az xəbər verir ki, paylaşımda deyilir:

"Əziz Qardaşım,

Qardaş Türkiyə Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram".